Türkiyə Ermənistanla sərhəddə keçid məntəqəsinin tikintisini sürətləndirib

Türkiyə Ermənistanla sərhəddə Əlican keçid məntəqəsinin tikintisi üzrə işləri gücləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın "News.am" saytı məlumat yayıb.

"Türkiyə tərəfi aktiv mühəndislik işlərinə başlayıb, nəzarət-buraxılış məntəqəsi tikilmək üzrədir. Ərazi abadlaşdırılır və videomüşahidə kameraları quraşdırılır" - məlumatda qeyd olunur. .