Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi

Türkiyə rəsmi olaraq "Yıldırımhan" adlı ilk qitələrarası ballistik raketini ictimaiyyətə nümayiş etdirib. Bu hadisə ölkənin strateji gücünün və milli müdafiə sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.

Oxu.Az xəbər verir ki, bu barədə "ensonhaber.com" portalı məlumat yayıb.

Açıqlanan texniki göstəricilərə əsasən, raketin uçuş mənzili 6 000 kilometrə qədərdir, sürəti isə 9-25 Max arasında dəyişir. Dörd mühərriklə təchiz edilən raketdə yanacaq komponenti kimi azot-tetraoksiddən istifadə olunur.