Türkmənistan Prezidenti: Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir
Yusif Nəzərli
07:56 02.03.2023
Dünya
420
Türkmənistan Prezidenti sammitin keçirilməsi təşəbbüsünə görə Azərbaycanlı həmkarına təşəkkür edib.
APA xəbər verir ki, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Sərdar Berdiməhəmmədov deyib.
O bildirib ki, pandemiya qlobal inkişafa ciddi təsir edib, bu həm siyasi əlaqələr, həm sosial-iqtisadi, həm də humanitar sahələrə aiddir. “Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir. Təşkilatın əməkdaşlıq üçün aydın gündəliyi var.
Birgə səyləri nəticəsində biz pandemiyanın nəticələrinin öhdəsindən gələ bilərik. Əməkdaşlığımızı gücləndirməliyik. Mən əminəm ki, hər bir ölkənin öz nailiyyətləri var və biz bir-birimizin nailiyyətlərini öyrənə bilərik. Təklif edirik ki, biz vahid informasiya bankı yaradaq və bütün ölkələrin buna girişi olsun.
Tibb sahəsində əməkdaşlığı gücləndirməli və təması artırmalıyıq bununla bağlı təşəbbüs irəli sürə bilərik. Qlobal səviyyədə koordinasiyalı şəkildə işləmək vacibdir. Tibbi sahəsində əməkdaşlıq üçün mexanizm nəzərdə keçirə bilərik”.
Türkmənistan Prezidenti ölkəsinin bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb: “Biz BMT-nin digər humanitar təşkilatları ilə sıx təmasda olmalıyıq. Biz özümüzün iqtisadi gündəliyimizi təbliğ etməliyik, proteksionizmə, süni maneələrə qarşı bir mexanizm yaratmalı, resursların ədalətli bölünməsini təmin etməliyik. Dayanıqlı sülh və stabillik mümkün olduğu halda inkişafa nail ola bilərik. Biz platforma olaraq bu istiqamətdə çalışmalıyıq. Dialoq sülh üçün qarantiyadır. Mən effektiv sədrliyinə görə Azərbaycan bir daha təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət