Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli görüşü dəstəkləyir

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib ki, ölkəsi ABŞ-ın Rusiya ilə üçtərəfli görüş keçirmək təklifini dəstəkləyir.

Sherg.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əvvəlki Türkiyədəki görüşlər həmin formatda nəticə verməyib, lakin həmin görüşlərdə əsir mübadiləsi razılaşdırılıb. Buna görə də belə görüşlər, ən azı yeni mübadilələr və ya prezidentlər səviyyəsində danışıqlar üçün faydalı ola bilər.

Zelenski vurğulayıb:

“Mən bunu dəfələrlə demişəm. Çətin məsələlər dövlət başçıları tərəfindən həll olunmalıdır. Əgər nəticələr - mübadilələr və ya digər razılaşmalar olacaqsa, mən buna qarşı ola bilmərəm. Biz ABŞ-ın təklifini dəstəkləyirik. Görək, necə olacaq.”