Ukrayna ordusu mayın 7-nə keçən gecə Rusiyanın Dağıstandakı 22800 layihəli “Karakurt” tipli raket daşıyan raket gəmisinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, “Kaspiysk”də bazalanan gəmi “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olub. Gəmiyə dəyən ziyanın miqyasının dəqiqləşdirildiyi bildirilib.
Qeyd olunub ki, bu, son bir həftə ərzində vurulan ikinci “Kalibr” daşıyıcısıdır.