Ukrayna hər gün itirir! - Zelenski müharibədən uzaqlaşmağa çalışır
Yusif Nəzərli
07:55 16.02.2022
Dünya
483
Kiyev lazım gələrsə NATO-ya üzv olmaq niyyətindən də əl çəkəcək
“Ukrayna müharibədən qaçmaq üçün NATO-ya üzv olmaq istəyindən əl çəkə bilər”. Bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib. Səfir bildirib ki, problemi həll etməyin ən yaxşı yolunu tapmağa çalışırlar: “Əgər ciddi güzəştlərə getmək lazım gəlsə, bunu edə bilərik”. Ukraynaya hücum olunacağı ehtimal olunan 16 fevral tarixini “Birlik Günü” elan edən prezident Vladimir Zelenski xalqa müraciət edib, Zelenski ölkədən qaçanları yenidən geri çağırıb və onlara 24 saat vaxt verib: “Ukrayna sülh üçün çalışır və bütün məsələləri danışıqlar yolu ilə həll etmək istəyir”. Ukrayna prezidentinin müraciətindən Qərbə inanmadığı və təxribata getmək istəmədiyi bəlli olur.
Son aylar Amerika və digər NATO ölkələri Moskvanı Ukraynaya qarşı işğal hazırlamaqda ittiham edirlər. Rəsmi Moskva isə işğal barədə iddiaları rədd edir.
Tərəflər arasındakı gərginliyi “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, NATO Ukraynanı üzv qəbul edə bilməz. Professor bildirib ki, qurumun nizamnaməsinə görə, ərazisində münaqişə olan hansısa dövlətin təşkilata daxil olması mümkün deyil:
“Zelenski vəziyyətdən çıxış yolu axtarır və yumşaldıcı açıqlamalar verməsi, sülhdən danışması normal və təbiidir. Amma diplomatlar bəzi məsələlərdə diqqətli olmalı, söylədikləri sözün məsuliyyətini dərk etməlidir. Əksəriyyət Rusiyanın 16 fevralda Ukraynaya “hücum edəcəyinə” inanmır. Çünki bu tarixi Moskva yox, ABŞ və İngiltərə müəyyənləşdirib. Əslində düşünülməmiş bəyanatlar ilk növbədə Ukrayna üçün problem yaradır.
“Müharibə” bəyanatından sonra dövlət məmurları, hətta nazirlər belə ölkəni tərk etməyə başladı. Vəziyyət o qədər kritikləşdi ki, Zelenski məmurlara çağırış etməyə və onlara 24 saat vaxt verməyə məcbur qaldı. Ukrayna prezidenti əvvəllər bu məsələni ciddiyə almırdı. Amma Rusiyanın da öz maraqları, planları var. İndiki şəraitdə Kremlin hərbi təcavüzə əl atacağı inandırıcı deyil. Rusiya bütün dünyanı qarşısına almağa cəsarət etməz. Çin də Moskvanı meydanda tək buraxıb. Rusiyanın Ukraynaya hücum etməsinə əsas yoxdur. Luqansk və Donetskin bir hissəsi rusların nəzarətindədir.
Bölgə əhalisinin 60 faizdən çoxu rusdur. O cümlədən Krım da ruslar tərəfindən ilhaq edilib. Bu qədər məsələyə səs çıxartmayan Ukraynanın indi Rusiya ilə savaşa başlayacağı inandırıcı deyil. Kiyevin ruslarla müharibəyə başlamaq ehtimalı çox zəifdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol