Ukrayna hökuməti Rusiya zərbələri fonunda məlumat mərkəzlərinin bir hissəsinin yeraltına və ya xaricə köçürülməsini nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski bildirib.
Onun sözlərinə görə, məlumat mərkəzlərinin qorunması üçün müxtəlif variantlar nəzərdən keçirilir. Bəzi obyektlərin yeraltında yerləşdirilməsi, məlumatların bir hissəsinin bulud sistemlərinə keçirilməsi, digər hissəsinin isə xaricdə yerləşdirilməsi planlaşdırılır.
Koretski bildirib ki, vahid həll yolu yoxdur və hakimiyyət ən pis ssenarini nəzərə almalıdır.
Qeyd edək ki, Ukraynada məlumat mərkəzlərinin bir hissəsinin hərbi məqsədlərlə istifadə edildiyi bildirilir. Rusiya hərbçiləri son günlər bu obyektlərə zərbələr endirib.