
Ukrayna ordusu əks-hücuma hazırlaşır
Yusif Nəzərli
05:30 06.04.2023
Dünya
843
Bu dəfə uğur qazana bilməzsə, ABŞ və Qərb Rusiyaya böyük güzəştlərin edilməyəcəyi sülh sazişi barədə düşünməyə başlayacaq
Ukrayna Kreml rejimi və Rusiya Prezidenti Vladimir Putinlə sülh sazişlərinə razı olmayacaq. Bu sözləri Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib. Onun sözlərinə görə, müharibə bu il başa çata bilər: “Rusiya ilə sülh sazişi istisnadır. Ukrayna Prezidenti V.Zelenski Putinlə danışıqlar masası arxasına əyləşməyəcəyini söyləyib. Sosioloji sorğuların nəticəsi də göstərir ki, Ukrayna xalqı sülh yox, qələbə istəyir. Ona görə də bütün tərəfdaşlarımız başa düşməlidirlər:
biz güzəştə getməyəcəyik”. Nazir əlavə edib ki, hərbi-siyasi rəhbərlik yalnız Ukraynanın şərtləri daxilində danışıqlara hazırdır: “Bizim mövqeyimizdə dəyişiklik olmayacaq”. Reznikov Ukraynadakı savaşı İkinci Dünya müharibəsindən sonra planetin ən böyük müharibəsi adlandırıb: "Bu savaş Qərblə Rusiyanın resurslarının mübarizəsidir". O, Ukrayna ordusunun rusların müdafiəsini yarmağa hazırlaşdığını da vurğulayıb: “Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq. Amma əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”. Xatırladaq ki, daha əvvəl Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının aprel-mart ayında baş tuta biləcəyini söyləmişdi. Qeyd edək ki, Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını bildirib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da deyib ki, tərəflər yaxın zamanda genişmiqyaslı əməliyyatlar həyata keçirməyə hazırlaşır və Türkiyə bundan təəssüflənir.

Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Ukrayna savaşının nə qədər davam edəcəyi rəsmi Kiyevdən asılı deyil. Rusiya ilə sülh danışıqları ilə bağlı qərarın verilmə hüququ da Ukraynanın hərbi-siyasi iradəsindən kənardadır. Yəni indiki situasiyada rəsmi Kiyev yalnız ABŞ və Qərbin direktivlərini icra etmək məcburiyyətindədir:
"Ona görə də hesab etmək olar ki, Ukrayna ordusu ABŞ və Qərbin maraqları tələb etdiyi müddətdə savaşı davam etdirməli olacaq. Qərb siyasi dairələrində sülh prosesi ilə bağlı hər hansı qərarın verilməsi üçün isə ilk növbədə Ukrayna ordusunun əks hücum əməliyyatlarına başlaması olduqca vacib faktordur. Çünki məhz həmin Ukrayna ordusunun əks hücum əməliyyatlarının nəticələrinə uyğun qərar verilə bilər. Yəni Ukrayna ordusu savaş meydanında uğur qazana bilməzsə, ABŞ və Qərb Rusiyaya böyük güzəştlərin edilməyəcəyi sülh sazişi barədə düşünməyə başlayacaq. Çünki son vaxtlar Ukrayna ordusuna hərbi dəstək verən ölkələrin silah-sursat rezervləri tükənməyə başlayıb. Bu baxımdan, qalib gələ bilməyəcəyi təqdirdə, Ukraynanın əvvəlki kimi, müdafiə edilməsi bir çox Qərb ölkələri üçün sərfəli olmaya bilər".
E.Xalidbəyli vurğulayıb ki, Ukrayna ordusunun əks-hücum əməliyyatları uğurlu olarsa, onda vəziyyət tamamilə dəyişəcək: "ABŞ və Qərb Ukraynanın Rusiyanı sülh sazişi deyil, məhz kapitulyasiya aktı imzalanmasına qədər savaşı davam etdirməsi üçün əlindən gələn hər şeyi edəcək. Yəni Ukrayna savaşının hansı istiqamətə yönələ biləcəyi təxminən avqust ayının sonlarına qədər aydınlaşmağa başlayacaq. Ukrayna savaşının nə qədər davam edəcəyi də böyük ehtimalla həmin mərhələdə məlum olacaq. Yəni hər şey Ukraynanın deyil, ABŞ və Qərbin maraqlarında ifadə olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya