Ukrayna ilə Polşa arasındakı sərhəddə nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
APA xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, keçid məntəqələrində gözləmə müddəti artıq 20 saata çatır.
Ən gərgin vəziyyət “Krakovets” və “Şegini” sərhəd-keçid məntəqələrində qeydə alınıb.
Növbələrdə yüzlərlə minik avtomobili və avtobus var. Son sutka ərzində sərhədi təxminən 67 min nəfər keçib.
Qeyd olunur ki, Ukraynaya giriş axını çıxış axınını təxminən 3,5 min nəfər üstələyib.