Ukrayna Prezidenti genişmiqyaslı kadr dəyişiklikləri barədə anons verib

Ukrayna Prezidenti Volodimir Zelenski bütün hüquq-mühafizə qurumlarının rəhbərliyini və müdafiə sahəsini əhatə edən genişmiqyaslı kadr dəyişiklikləri barədə anons verib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Zelenski Kiyevdə jurnalistlərə açıqlamasında bildirib ki, dövlət qurumları hazırda qlobal yenilənmə prosesindədir:

"Təhlükəsizlik, hüquq-mühafizə sistemi hissəsinə gəlincə, şəxsən mən bütün rəhbərlərin rotasiyası ilə məşğul olacağam. Onlardan bəziləri çox uzun müddətdir ki, vəzifədədir. Hamımız bir komandadayıq. Düşünürəm ki, hamı müxtəlif yüksək vəzifələrdə qalacaq, lakin sözsüz ki, əvəzləmələr də olacaq".

Zelenskinin sözlərinə görə, böyük yenilənmə Nazirlər Kabineti ilə başlayıb.