Ukrayna sülh masasına oturmayacaq -ŞƏRH
Yusif Nəzərli
15:55 11.02.2024
Dünya
633
Putin əbədi deyil, o da yorulub və xəstədir, uzun illər boyunca özünü imperator kimi apara bilməyəcək
“Qərbin Ukraynaya hərbi yardımı istənilən sürətlə getmir. Yeni texnika və silahları bilərəkdən və ya bilməyərəkdən Ukraynaya çox ləng çatdırırlar, lakin maliyyə və siyasi dəstək verir. Eləcə də Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir"
“ABŞ hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlardan çəkindirməklə səhvə yol verir”. Rusiya Prezidenti Vladimir Putin bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
V.Putinin fikrincə, ABŞ bu oyuna son verməli, Ukrayna isə düşdüyü vəziyyətdən ləyaqətlə çıxmaq barədə düşünməlidir: “Kiyev birmənalı olaraq Vaşinqtonun göstərişi ilə danışıqlardan yayınır. Vaşinqton bu qərarının yanlış olduğunu anlamalı və hər hansı bir bəhanə ilə Ukraynanı dəstəkləməkdən imtina etməlidir. “Qərb indiyədək Rusiyanın strateji məğlubiyyətinə, döyüş meydanında uduzmasına nail olacaqları barədə danışırdı, lakin indi bunun asan olmadığını görürlər. Əslində, onların istədikləri heç vaxt baş verməyəcək. Yaxşı olar ki, bundan sonra nə edəcəkləri barədə düşünsünlər. Biz istənilən halda Ukrayna ilə dialoqa hazırıq”.
Politoloq Azər Rəşidoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki, ABŞ-nin Rusiyanı çökdürmək üçün onu Ukrayna ilə savaşa təhrik etməsi reallıqdır. Əvvəla onu deyim ki, ABŞ artıq Rusiyanın sərhədlərinə yaxınlaşır:
“Əgər Ukraynada NATO qoşunları və havadan müdafiə sistemləri mövcud olsaydı, Kreml üçün ciddi problemlər yarana bilərdi. Rusiya da buna imkan vermək istəmədi”.
Ukrayna ordusunun cəsarətlə döyüşdüyünü və Rusiya işğalına qarşı mübarizə apardığını xatırladan politoloq təəssüflə ötən 2 ildə ölkənin xarabalığa çevrildiyini də qeyd edib:
“Qərbin Ukraynaya hərbi yardımı istənilən sürətlə getmir. Yeni texnika və silahları bilərəkdən və ya bilməyərəkdən Ukraynaya çox ləng çatdırırlar, lakin maliyyə və siyasi dəstək verir. Eləcə də, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir. Ukrayna ordusu əsasən NATO silahları ilə silahlanıb. NATO silahı isə Rusiyanın köhnə silahından qat-qat səmərəli və keyfiyyətlidir. Üstəlik, Rusiya cəmiyyəti zəifdir. Avtoritar hakimiyyət cəmiyyətə qalib gəlib. İfadə azadlığı yoxdur, cəza orqanları gücləndirilib və xalqın beynini zəhərləyiblər. Belə bir şəraitdə cəmiyyət doğru-dürüst fikirləşə bilmir. Rus cəmiyyəti əzilib, aldadılıb, mütəşəkkil deyil. Lakin sanksiyalar cəmiyyətin dirçəlməsinə səbəb olur. Əgər Donald Tramp yenidən Amerika Birləşmiş Ştatlarında hakimiyyətə qayıtsa, savaşda vəziyyət dəyişəcək. Ukrayna işğal olunmuş ərazilərə nəzarəti uzun müddət itirə bilər. Lakin Kiyev və Moskvanın dinc yanaşı yaşaması üçün Kreml qoşunlarını Ukrayna ərazisindən çıxartmalıdır. Onu da nəzərə alaq ki, Putin əbədi deyil. O da yorulub və xəstədir. Uzun illər boyunca özünü imperator kimi apara bilməyəcək. Qısası, qəhrəman Ukrayna xalqı qalib gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm