
Ukraynalı politoloq: Mümkün üçtərəfli görüşə qədər hələ çox uzun yol var
13:30 19.08.2025
Dünya
447
Rusiya ilə Ukrayna arasında 2022-ci ildə başlayan genişmiqyaslı müharibə hələ də davam edir. Bu müddət ərzində minlərlə insan həyatını itirib, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb. Münaqişənin hərbi yolu ilə həllinin çətinliyi fonunda sülh danışıqlarına başlamaq çağırışları getdikcə daha çox səslənir. Son dövrlərdə beynəlxalq aləmdə, xüsusilə də Qərb ölkələri arasında bu müharibəyə son qoymaq üçün yeni diplomatik təşəbbüslər müzakirə olunmağa başlayıb. Bu cür təşəbbüslərdən biri də Vaşinqtonda Trampın vasitəçiliyi ilə Avropa liderləri və Zelenski ilə təşkil olunan görüş oldu. Almaniya konsleri görüşün sonunda bildirdi ki, yaxın 2 həftə ərzində Putinlə Zelenski görüşə bilər. Belə bir görüşün baş tutacağına dair hələ də ciddi şübhələr var, bəzi dairələr bu cəhdin sülhə doğru atılmış real bir addım ola biləcəyinə ümid edirlər.
Bununla belə, tərəflər arasında dərin fikir ayrılıqları fonunda, real sülh imkanları hələ də qeyri-müəyyən olaraq qalır.
Ukraynalı beynəlxalq siyasət üzrə ekspert Maksim Yali Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"Almaniya konsileri Fridrix Mers bəyanatında bildirdi ki, guya Tramp yaxın iki həftə ərzində prezident Zelenski ilə Putin arasında görüş təşkil etməyi vəd edib. Bu görüşdə əsas müzakirə mövzusu danışıqların gedişində və xüsusilə də sülh sazişlərinin imzalanmasında ən böyük maneələrdən biri sayılan ərazi məsələsi üzrə mümkün kompromislər olacaq. Buna görə də indidən görüşün baş tutacağı və yaxud sülh müqaviləsinin imzalanacağı barədə proqnoz vermək hələ tezdir. Qarşıda hələ çox uzun yol var. Çünki tərəflərin sülh sazişinin imzalanması üçün qəbul edilə biləcək şərtlərlə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır. Üstəlik, mən bu görüşün baş tutacağına kifayət qədər skeptik yanaşıram. Əgər bu baş versə, Putin Zelenski ilə görüşdən yayınmaq üçün istifadə etdiyi əsas üstünlüyünü- Ukrayna prezidentinin səlahiyyət müddətinin ötən il bitməsinə görə onun «qanunsuzluğu» barədə arqumentini itirəcək.
Bununla belə, bu görüşün müsbət tərəfi ondan ibarətdir ki, ABŞ və Avropa tərəfdaşlarımız təhlükəsizlik zəmanətləri məsələlərini müzakirə ediblər. Prezident Zelenskinin açıqlamalarına əsaslanaraq müəyyən irəliləyişin olduğu görünür".
Politoloq Trampın verdiyi vədlər barəsində də fikir bildirib:
"Qeyd etdiyim kimi, mümkün üçtərəfli görüşə qədər hələ çox uzun yol var. Amma əminliklə demək olar ki, gələn il Donald Trampın köməyi ilə biz 2022-ci ilin yazında İstanbulda baş tutmayan Rusiya-Ukrayna danışıqlarından bəri sülh prosesində ən böyük irəliləyişin şahidi ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə