Cəbhə xəttində Ukrayna əsgərləri üçün təhlükənin sayı artıb.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, münaqişənin başlanğıcından bəri cəbhə xəttində vəziyyət daha riskli hal alıb:
"Pilotsuz uçuş aparatlarının istehsalında əldə olunan texnoloji irəliləyişlər nəticəsində sözdə ölüm zonası formalaşıb. Xüsusilə 1200 kilometr uzunluğunda və təxminən 20 kilometr dərinliyində uzanan cəbhə xətti boyunca yerləşən Ukrayna əsgərləri yüksək təhlükə ilə üz-üzədirlər".