Ukraynanın Baş naziri Sergey Koretski qarşıdakı qışın ölkə üçün əsas çağırış olacağını bildirib. Sherg.az xəbər verir ki, onun sözlərini RBC-Ukrayna yayıb.
Baş nazir qeyd edib ki, hökumət qışa hazırlıq görür.
Bundan əvvəl Kiyev meri Vitali Kliçko qarşıdakı istilik mövsümünün çətin keçəcəyini və paytaxtın buna hazırlıq imkanlarının məhdud olduğunu açıqlayıb.
Ukrayna Silahlı Qüvvələrinin zabiti Denis Yaroslavski isə ölkə sakinlərini uzunmüddətli elektrik enerjisi kəsintilərinə hazır olmağa çağırıb.