Vaşinqtonla danışıqlar üçün o da Pakistana göndərilir

İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Bağır Zülqədr ABŞ-la Pakistanda keçiriləcək danışıqlarda iştirak edəcək İran nümayəndə heyətinin tərkibinə daxil olacaq.

Axar.az xəbər verir ki, bu barədə "Əl Mayadin" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, Tehranı danışıqlarda İslam Respublikası parlamentinin sədri Məhəmməd Bağır Qalibaf, xarici işlər naziri Abbas Arakçı və xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi təmsil edəcək.