Ukrayna hakimiyyəti başa düşür ki, nəticədə Donetsk vilayəti üzərində nəzarəti itirəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Ruslar Donetsk üzərində nəzarəti ələ keçirmək istəyirlər. Ukraynalılar isə bunu ciddi təhlükəsizlik narahatlığı kimi görürlər, hətta gizli şəkildə etiraf edirlər ki, sonda Donetski itirəcəklər”, - o bildirib.
Vens əlavə edib ki, Rusiyaya ərazi güzəşti məsələsi danışıqlara ciddi maneədir.