Xətibzadə: Dünən gecə İsraili vuracaqdıq, Pakistan qoymadı

“İran dünən gecə atəşkəsin pozulmasına cavab verəcəkdi, amma Pakistan müdaxilə edərək, ABŞ-nin İsrailə nəzarət etdiyini bildirdi”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

“İran nümayəndə heyəti İslamabadda keçiriləcək danışıqlar üçün yola düşəcək. ABŞ-nin öhdəliyinə əsasən İsrailin Livana hücumlarını dayandırmalıdır”, - o bildirib.

Xətibzadə əlavə edib ki, regionda atəşkəs Livanı əhatə etməlidir və qarşıdakı saatlar çox kritikdir.