Yaponiya əhalisi azalır
Yusif Nəzərli
13:35 03.03.2023
Dünya
454
Hökumət hərəkətə keçdi
Yaponiyada yeni doğulan körpələrin sayında kəskin azalma hökuməti təcili addımlar atmağa vadar edib. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, son illərdə Yaponiyada doğuş sayında mənfi rekord müşahidə edilir. Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 2022-ci ildə 799 min 728 doğum faktı qeydə alınıb. Və bu, son 40 ildə ən aşağı göstəricidir. Yaponiyada ölüm göstəricisi də son illərlə müqayisədə artıb. Ötən il 1,58 milyon insanın ölümüylə bu rəqəmlər də rekord səviyyə elan edilib. Yapon hökuməti əhali sayının artması üçün yeni bir dövlət qurumu təsis ediləcəyini bildirib.
Hökumət ölkədə 10 ildən artıqdır ölüm hallarının doğumu üstələməsindən narahatdır və bunu getdikcə böyüyən bir problem hesab edir. Ölkədə yaşlı təbəqənin artmasıyla hökumət onların təqaüdlərini, tibbi xidmətlərini qarşılamaqda çətinlik çəkir. Qeyd edilir ki, Yaponiyada əhali sayı 1980-ci illərdəki iqtisadi yüksəlişdən bəri sürətlə azalmaqdadır. Statistikaya əsasən, 2021-ci ildə ölkə əhalisinin sayı 125,5 milyon olub. Doğum səviyyəsi isə 2.1 faiz təyin edildiyi halda, 1.3 faiz təşkil edir.
Bu isə ölkə əhalisinin getdikcə azalmasına səbəb olur. Məlumdur ki, Yaponiya dünyada uzunömürlülərin çox olduğu ölkədir. 2020-ci ilin hesablamalarına görə, ölkədə hər 500 nəfərdən biri 100 və daha yüksək yaşdadır. Yaponiya baş naziri Fumio Kishida məhz bu reallıqdan çıxış edərək “sosial layihələri davam etdirməkdə çətinlik çəkirik”, söyləyib. Baş nazir ölkənin gələcəyini təhdid edən problemin çözülməsi məqsədilə ailələrə uşaqlarını böyütmələri üçün dəstək veriləcəyini deyib. Baş nazir qeyd edib ki, bu, hökumətin ən vacib vəzifəsidir.
“Bundan artıq gözləyə bilmərik. Aprel ayında yeni bir qurum təsis edəcəyik, uşaqlarla bağlı sosial layihələrə ayrılacaq vəsaiti 2 dəfə artıracağıq. Lakin mütəxəssislər problemin təkcə maliyyə dəstəyi ilə çözülə biləcəyini düşünmür.
Bu, çoxşaxəli problemdir və bir ucu da ailələrə söykənir. Şəhərli gənclər övlad sahibi olmaq istəmir, bir çox gənc ailələrsə valideynlərindən uzaqda yaşayır. Biz ailələrin iç-içə yaşamasını təmin etməli, ənənələrin pozulmasının qarşısını da almalıyıq” söyləyən baş nazir gənclərin pandemiya dövründə evlilikdən imtina etdiklərini, ya da daha sonrakı dönəmə keçirdiklərini, gələcəklə bağlı ümidsiz olduqlarını da deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət