Yaponiya Monqolustanla ittifaq qurur
Fidan Həmişəyeva
08:14 26.04.2021
Dünya
697
Yaponiyanın bir qrup millət vəkili “Monqolustan mədəniyyəti Çin hökumətinin assimilyasiya siyasətindən qorunmalıdır” istiqamətli parlament ittifaqının əsasını qoyub. Bu? o deməkdir ki, Çinə qonşu olan digər ölkələr kimi Monqolustan da Pekinin regional siyasətindən narazıdır. İttifaqa Liberal Demokrat Partiyasının üzvlərindən biri, Yaponiyanın keçmiş daxili işlər və rabitə naziri Sanae Takaiçi rəhbərlik edəcək.
İttifaqın yaradılmasında məqsəd Çin Kommunist Partiyasının assimilyasiya siyasəti nəticəsində təhdid altında olan monqolları qorumaqdır. Məsələ burasındadır ki, Çində yaşayan digər etnik azlıqlar kimi monqollar da məcburi assimilyasiyaya məruz qalırlar, ana dillərində tədris ala bilmirlər. Çində monqol dili təhlükə altındadır. Yaponiyada yaşayan monqollar da Tokionun ittifaqla bağlı təşəbbüsünü dəstəkləyir. Tokionun qərarının Çindəki monqolları cəsarətləndirəcəyi bildirilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Yaponiya son illərdə Monqolustana maraq göstərir, bu ölkə ilə əlaqələri genişləndirir:
“Keçmiş illər Yaponiyadan müxtəlif heyətlər Monqolustanda səfərdə olub, ikitərəfli əlaqələri genişləndirməyə çalışıblar. İkinci Dünya Müharibəsi illərində Monqolustan da digər ölkələr kimi Yaponiyanın militarist siyasətindən əziyyət çəkib. Ancaq indi hər iki ölkə tarixin bu səhifəsini qapatmağa nail olub. Bu gün həm Yaponiyanı, həm də Monqolustanı Çinin regional siyasəti narahat edir. Çinin iqtisadiyyatı inkişaf etdikdə Pekinin hərbi iştahası da artır. Bu təhlükə Monqolustanla Yaponiyanı yaxınlaşdırır”.
Analitik vurğulayıb ki, Yaponiya keçmiş illərdə Çinin daxili işlərinə qarışmır və insan haqlarının pozulmasıyla bağlı açıqlamalar vermirdi. İndi isə tam tərsinədir:
“Yaponiya rəsmiləri Çində uyğurların üzləşdiyi zorakılıqlardan tutmuş Honkonqa edilən təzyiqlərə qədər bütün mövzulara maraq göstərir və bəyanatlar yayırlar. Bu günlərdə Yaponiyanın xarici işlər naziri çinli həmkarına zəng edərək Tokionun deyilənlərlə bağlı narahatlığını onun diqqətinə çatdırıb.
Bəllidir ki, Pekin kimsənin Çinin daxili işlərinə qarşımasını, uyğur və ya Honkonq məsələsindən danışmasını istəmir. Ancaq bu haqda artır tək Amerika və ya Böyük Britaniya danışmır, Hindistan, Avstraliya və Yaponiya da narazılıqalarını dilə gətirirlər. Misal üçün Yaponiya parlamentində insan haqlarıyla bağlı qanunun hazırlanması üzərində xüsusi qrup çalışır. Bu qanun qəbul edilərsə, gələcəkdə Yaponiya da insan haqlarının pozulmasına görə Çinə qarşı sanksiyalar tətbiq edə bilər.
Bu arada, Yaponiya Hindistanla ittifaqı gücləndirir.
Hər iki ölkə 2+2 fotmatında (Yaponiya, Hindistan + ABŞ və Avstraliya) görüşə hazırlaşırlar. Formata daxil olan ölkələri Çinin Sakit okean bölgəsində artan hərbi qüdrəti narahat edir. Çin bölgədəki adalara iddiasını ortaya qoyub. Bu isə bölgə ölkələrinin maraqlarına ziddir. Bölgə ölkələri Sakit okeanda azad hərəkətin tərəfdarıdırlar, adalarda Çinin hərbi bazalar olduqda isə gəmilərin azad hərəkəti və ticarət üçün çətinliklər yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə