Yaponiya və Avstraliya Çinə qarşı birləşir
Fidan Həmişəyeva
10:20 09.04.2021
Dünya
572
Çin Yaponiya-ABŞ müttəfiqliyindən narahatdır. Doğrudur, Yaponiya və ABŞ İkinci Dünya Müharibəsinin yekunlaşmasından bu yana müttəfiqdirlər. Ancaq Pekin hesab edir ki, son illər Vaşinqton-Tokio ittifaqı Çinə qarşı yönəlib.
Yaponiya baş naziri Yoşihide Suqanın Vaşinqtona səfəri ərəfəsində Çinin xarici işlər naziri Van Yi yaponiyalı həmkarına çağırış edib. Çağışırın məğzi bundan ibarətdir ki, Yaponiya ABŞ-la Çinə qarşı ittifaq qurmamalıdır. Pekinin bu çağırışı Tokioya qarşı xəbərdarlıq və ya ultimatum mahiyyətinə oxşayır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Yaponiyanın baş naziri Yoşihide Suqa aprelin 16-da ABŞ prezidenti Co Baydenlə Ağ Evdə görüşəcək. Politoloq qeyd edib ki, bu, Baydenin prezident olduqdan sonra Ağ Evdə qəbul edəcəyi ilk xarici ölkə lideri olacaq:
"Aydındır ki, görüşdə müzakirə ediləcək əsas mövzulardan biri Çin və bu ölkənin regional siyasəti olacaq.
Pekinin Tokioya ünvanladığı çağırışda bu ifadələr yer alıb: “Çin və Yaponiya ikitərəfli əlaqələrə önəm verməlidirlər. Çin ümid edir ki, Yaponiya müstəqil dövlət olaraq Çinin inkişafına hörmətlə yanaşacaq və Çinə qarşı planlarda yer almayacaq”.
Pekinin bu xəbərdarlığına baxmayaraq, Tokio Çinin siyasətini Vaşinqtonla müzakirə etməkdən yayınmağı planlaşdırmır. Əksinə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Çində insan haqları, o cümlədən, uyğurlara qarşı zülm məsələrini və Honkonqun gələcəyini diqqətdə saxlayacağını bildirib.
“Assotiated Press” agentliyinin məlumata görə, Bayden adminitrasiyası üçün Yaponiya ilə əlaqələri genişləndirmək xüsusi əhəmiyyət daşıyır. Bayden administrasiyası Çinin regional siyasətinə qarşı Yaponiya ilə dialoqu genişləndirməyi planlaşdırır. Tokio da öz növbəsində bu dialoqu genişləndirməyə hazırdır".
Analitik qeyd edib ki, Tokionu narahat edən məsələlərdən biri də Çin hərbi gəmilərinin son illər Yaponiya sahillərinə yaxın adalarına yaxınlaşmasıdır:
"Çinin regional siyasətindən ABŞ və Yaponiya ilə yanaşı Avstraliya da narahatdır. Avtraliyanı Çinin uzaq mənzilli raketlərinin sayını artırması narahat edir. Avstraliya bunun qarşılığında öz raketlərini modernləşdirməyə başlayıb. Avstraliya yeni raket sistemlərinin istehsalına 1 milyard dollar xərcləməyi planlaşdırıb. ABŞ da Avstraliyanın raket sistemlərinə yatırım qoymağa hazırdır. Avstraliyanın baş naziri Skot Morris deyib ki, bölgədə şərtlər dəyişir və ölkəsi hərbi qüdrətini artırmaq məcburiyətindədir. Digər tərəfdən Çinin regional siyasəti Avstraliya ilə Yaponiya arasında hərbi əməkdaşlığın genişlənməsinə şərait yaradıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region