“Yaşıl adamlar” sərhəddə: Bu, Rusiya ilə müharibənin xəbərçisidir
10:03 13.10.2025
Dünya
261
Rusiyanın Estoniya ilə sərhədində “Yaşıl adamlar”ın görünməsi mümkün müharibə ilə bağlı informasiya və psixoloji təzyiq üçün platforma formalaşdırmağa işarə edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Amerikalı analitiklərə görə, Rusiya NATO ilə potensial qarşıdurmaya hazırlığın yeni mərhələsini başlayıb, bu mərhələ “sıfır faza” adlanır.
Oktyabrın 10-da Estoniya hökuməti sərhəd yaxınlığındakı yolu müvəqqəti bağlayıb. Estoniyalı sərhədçilər bundan əvvəl rusiyalı hərbçilərin kiçik qrupunu müşahidə ediblər, amma onların üzərində heç bir rəsmi nişan olmayıb. Estoniya Cənub Prefekturasının qubernatoru Melis Sarepunun sözlərinə görə, onlar Rusiya sərhədçiləri olmayıblar.
Estoniya xarici işlər naziri Marqus Tsaxkna bildirib ki, Rusiya qoşunları əvvəllər olduğundan daha açıq şəkildə hərəkət edirlər. Tallin gələcəkdə Rusiya ilə sərhəd bölgələrindəki yolları tam bağlamağı planlaşdırır.
ABŞ institutu vurğulayıb ki, bu, “Yaşıl adamlar”ın NATO üzvü olan bir ölkənin yaxınlığında müşahidə olunmasının ilk halıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya