Yekaterinburqda Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Vildberries logistika mərkəzinin yaxınlığında yanğın baş verib.
Sherg.az xəbər verir ki, hadisədən sonra Vildberries anbarının fəaliyyəti müvəqqəti dayandırılıb, əməkdaşlar isə təxliyə edilib.
Sverdlovsk vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, Ukraynaya məxsus PUA-ların qalıqları Yekaterinburqun Çkalovski rayonunda avtomobil dayanacağına düşüb və nəticədə yanğın başlayıb. O bildirib ki, iqtisadi və infrastruktur obyektlərinə ziyan dəyməyib, xəsarət alan yoxdur. Yanğın lokallaşdırılıb və onun yayılması təhlükəsi aradan qaldırılıb.
Vildberries şirkəti də logistika mərkəzinin özünün zərər görmədiyini təsdiqləyib və anbarın fəaliyyətinin yaxın vaxtlarda bərpa olunacağını açıqlayıb.