ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi Los-Ancelesdə planlaşdırılan terror planının qarşısını aldığını açıqlayıb.
Axar.az xəbər verir ki, bununla bağlı 4 nəfər həbs olunub. Onlar özlərini fələstinpərəst və Tısbağa Adası Azadlıq Cəbhəsinin (TILF) radikal bir qolu kimi təqdim ediblər.
FTB-nin məlumatına görə, onlar Yeni il gecəsi Los-Ancelesdə əldəqayırma partlayıcı qurğulardan istifadə edərək beş ayrı-ayrı yerdə koordinasiyalı bomba hücumları planlaşdırıblar. Açıqlamaya əsasən, eyni TILF ekstremist qrupu ilə əlaqəli olduğu güman edilən beşinci şəxs Yeni Orleanda başqa bir hücum planlaşdırmaqda şübhəli bilinərək həbs olunub.