
Yeni İran-İsrail savaşı gözlənilir? -RƏYLƏR
13:42 18.08.2025
Dünya
508
Samir Hümbətov: Yəhya Rəhim Səfəvinin fikirləri böyük ehtimalla yeni qarşıdurmanın olacağını göstərir
Elman Vəliyev: İran üçün fərqli bir senari yazılıb, hətta etnik olaraq parçalanma daha məqbul görünür
“İranla İsrail arasında müharibə yenidən başlaya bilər, amma bundan sonra daha müharibə olmayacaq”.
Bunu İranın Ali rəhbəri Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib.
Rəhim Səfəvi ölkəsi ilə İsrail arasında 12 günlük müharibədən sonra indiki vəziyyətlə bağlı qeyd edib:
“Hazırda atəşkəs şəraitində yox, müharibə mərhələsindəyik. Bizimlə ABŞ və İsrail arasında heç bir yazılı protokol, saziş və razılaşma yoxdur. Ordu üçün ssenarilər tərtib edirik, ən pisini görür və bu plana uyğun olaraq hazırlaşırıq”.
Politoloq-konfliktoloq Elman Vəliyev Sherg.az-a deyib ki, bunu müharibə kimi qiymətləndirmir:
"Bu, İsrailin strateji planlamasıdır. İran 79-cu ildən bəri onlara xidmət etmir?! Böyük İsrail dövləti üçün hər şey mübahdır deyib fəaliyyət göstərirlər. İran üçün fərqli bir senari yazılıb. Etnik olaraq parçalanma daha məqbul görünür. Amma hazırda qarşıdurma gözləmək olmaz. Çünki Trampı sülh adamı kimi qələmə verirlər. Belə etməklə Amerikanı beynəlxalq siyasətdə sülhü bərqərar edə biləcək əsas aktor kimi göstərməyə çalışırlar. “Feyk” savaşlar yaradıb sonra Amerika ora “sülh” gətirir. Mənə görə optimal ehtimallar bunlardır".
Politoloq Samir Hümbətovun fikrincə, müharibənin baş vermə ehtimalı hər zaman var:

"Anlaşma yoxdursa, münaqişə qaçılmazdır. Xüsusilə İran və İsrail kimi həssas ölkələr üçün bu, daha böyük ehtimaldır. Əgər müharibəyə hazırlıq gedirsə, orada müəyyən kəşfiyyat məlumatları var. Odur ki, yeni münaqişə və ya mövcud müharibənin davamı gözlənilir.
Əvvəlki müharibə dönəmində də qeyd etmişdik ki, tərəflər arasında qarşıdurmalar baş verə bilər. Bu, senarinin birinci mərhələsi idi, ikinci mərhələ isə qabaqdadır. Ola bilər ki, müəyyən güc toplamaq üçün birinci müharibənin gedişatı dayandırılsın. Amma ikinci müharibəni dayandırmaq riski yüksəkdir. Yəhya Rəhim Səfəvinin fikirləri böyük ehtimalla yeni qarşıdurmanın olacağını göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm