Zaxarova: “Ailədə qüsurlu adam da olar”

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın tarixi təhrif etməyə yönəlmiş bəyanatlarını tənqid edərək bunu “ailədə qüsurlu adam da olar” atalar sözü ilə izah edib.

O bildirib ki, tarix saxtalaşdırılması cəhdləri təkcə Ukraynada deyil, 1980–1990-cı illərdə Rusiyada da bəzi gənclər arasında müşahidə olunub. Zaxarovanın sözlərinə görə, həmin dövrdə gənclər Üçüncü Reyxin planları barədə yanlış təsəvvürlərə malik olublar və “Ost planı”nın əsl mahiyyətini bilməyiblər.

Diplomat əlavə edib ki, o illərdə saxta tarixi ədəbiyyat da geniş yayılmışdı.

Zaxarova sonda çağırış edərək vurğulayıb ki, ilk növbədə hər bir ölkə öz tarixi yaddaşını qorumalı və qəhrəmanlarına hörmət etməlidir.