Zelenski Aİ-dən 5 milyard avro tələb etdi: enerji böhranı dərinləşir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin enerji sisteminin qışa hazır olması üçün Avropa İttifaqından azı 5 milyard avro maliyyə tələb edib.

Sherg.az-ın məlumatına görə, o bildirib ki, vəsait enerji infrastrukturunun qorunması və dayanıqlılığın təmin edilməsi üçün təcili lazımdır.

Qeyd edək ki, 2025-ci ilin sonundan Ukraynada enerji infrastrukturu zədələndiyi üçün elektrik təchizatında ciddi problemlər yaranıb və bir çox bölgədə uzunmüddətli işıq kəsintiləri davam edir.