Zelenski Drapatını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edib

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Qüvvələrin komandanı Mixail Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin etdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında yayımladığı videomüraciətdə məlumat verib. O bildirib ki, bununla Aleksandr Sırski rəsmən baş komandan vəzifəsindən azad olunub.

Prezidentin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının tərkibi də yenilənəcək.

Zelenski həmçinin keçmiş müdafiə naziri Mixail Fedorova dövlətin texnoloji inkişafı istiqaməti ilə bağlı hökumətdə yeni vəzifə təklif etdiyini bildirib.

Qeyd edək ki, Aleksandr Sırski 2024-cü il fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilmişdi. Mixail Fedorov isə 2026-cı il yanvarın 14-dən müdafiə naziri vəzifəsində çalışırdı və iyulun 15-də istefa vermişdi.