Zelenski ən çətin rolunu oynayır və ya sadəcə xalqın xidmətçisi
Yusif Nəzərli
08:39 13.04.2022
Dünya
880
Bir aydan çoxdur ki, bütün dünya ondan- Ukrayna Prezidenti Vladimir Zelenskidən danışır. Bəziləri cəsarətinə heyran qaldığını bildirir, bəziləri də “bilə-bilə ölkəsini müharibəyə sürüklədi” deyərək onu tənqid edir. Prezidentin siyasətə gəlməzdən əvvəl məşğul olduğu sahə ilə, aktyorluq peşəsi ilə lağ edənlər də var. Amma onu sevənlər, ona qibtə edənlər, yəqin ki, daha çoxdur.
Bir müddət əvvəl Zelenskinin kollaj edilmiş iki fotosunu gördüm. Birinci müharibədən əvvəl çəkilmişdi. İkinci isə Buça faciəsindən sonra. Aralarında heç bir il fərq yoxdur. Lakin dövlət başçısı birdən-birə sanki 10 il yaşlanıb: artıq simasında qırışlar, saçında ağlar var, üzünü tük basıb. İki-üç gün sonra isə ölkə liderinin müzakirələrə səbəb olan fotosu ilə bağlı jurnalistin sualına cavabı diqqətimi çəkdi: “O şəkildəki adamlar 2 fərqli insanlardır. Gecələr yuxudaykən heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram”.
Zelenski özü də dəyişdiyinin, ruhən qocaldığının fərqindədir. Xeyli müddətdir ki, nə həyat yoldaşını görür, nə uşaqlarını, nə də digər əzizlərini. Amma dözür, səbr edir...
...Demək olar, hər gün müsahibə verir, canlı yayımlarla xalqa müraciət edir. Çıxışlarında adətən emosional olur. Üz ifadəsi tez-tez dəyişir. Çünki aktyordur. Buna vərdiş edib.
Vladimir Zelenski çox bacarıqlı aktyordur. Hansı rolu oynamasından, hansı janra aid olan ekran əsərinə çəkilməsindən asılı olmayaraq uzun illər ərzində adətən həm özünü, həm də konkret obrazları sevdirməyi bacarıb. Çünki peşəkardır. Çətinlik onu qorxutmur. Hər cür dəyişikliyə, gözlənilməz hadisəyə hazırdır. Eyni ilə “Xalqın xidmətçisi” serialında olduğu kimi: həmin filmdə Zelenski orta məktəbdə tarix müəllimi kimi çalışan 30 yaşlı Vasili Petroviç Qoloborodko obrazını canlandırır. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə ciddi rəğbət qazanır. Bu çıxış siyasi səbatsızlıqdan bezmiş əhali üçün ümid yeri olur. Nəticədə gənc pedaqoq növbəti prezident seçkilərindəı gözlənilmədən qalib gəlir. Beləliklə, onun həyatında yeni mərhələ başlayır...
Vladimir Zelenski indiyədək onlarla film və seriala çəkilib.
"Həyat teatrdır" fikrinə istinad etsək, deməli, bu dəfəki rolu onun üçün ən çətinidir. Savaş başlayandan bəri çoxları onu alqışlayır: həm xalq, həm də beynəlxalq ictimaiyyət. Dünya liderləri Ukrayna prezidentinin çıxışlarına dəfələrlə ayaq üstə qulaq asıblar.
Bu teatrın necə bitəcəyini, pərdənin nə vaxt enəcəyini demək çətindir. Bir məqam dəqiqdir. Zelenski onun gələcək həyatında xüsusi yeri olan "Xalqın xidmətçisi" serialı ilə eyni adda yaratdığı siyasi partiyanın fəlsəfəsini təsdiqləməkdədir. O,
Vasili Petroviç Qoloborodko obrazı kimi siyasətdəki çoxillik stereotipləri qırmaqdadır.
Zelenski indi təkcə prezident deyil. O, həm də mahir natiq və cəsur əsgərdir. Eyni zamanda xalqın xidmətçisidir. Teatrın sonu ilə bağlı yüzlərlə ssenari yazmaq olar. Əlbəttə, peşəkar aktyor kimi dövlət başçısı özü də bu məsələləri yaxşı bilir. İnanaq ki, sonluğun necə olmağından asılı olmayaraq, xalq öz xidmətçini ölkəni Rusiya ilə Qərb arasında poliqona çevirdiyinə görə ittiham etməyəcək. Əksinə, onu bir qəhrəman kimi xatırlayacaq. Çünki Vladimir Zelenski diplomatik təcrübəsinin az olmağına baxmayaraq, həqiqətən, unudulmayacaq hünər göstərir.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Yaşıl Taksonomiya təsdiq edilib
19:31 01.05.2026
İqtisadiyyat
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə