Zelenski İtaliyanın Baş naziri ilə görüşdü

Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə İtaliyanın Nazirlər Şurasının sədri Corciya Malone arasında görüş keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının sözçüsü Sergey Nikiforov məlumat yayıb.

İtaliyaya səfər proqramına Zelenskinin prezident Sercio Mattarella ilə görüşləri də daxildir.

Qeyd edək ki, Zelenskinin İtaliyaya əvvəlki səfəri 9-10 yanvar tarixlərində baş tutub.

Bu ilin iyul ayında Romada Ukraynanın Bərpası üzrə Konfransın keçirilməsi planlaşdırılır.