Zelenski Krımın işğaldan azad olunması ilə bağlı: “Mənəvi cəhətdən hazırıq...”
Zelenski Krımın işğaldan azad olunması ilə bağlı: “Mənəvi cəhətdən hazırıq...”
Yusif Nəzərli
21:01 24.02.2023
Dünya
421
“Krımın 2023-cü ildə işğaldan azad ediləcəyini vəd etmirəm, lakin bir ildən sonra Ukraynada daha müharibə olmayacağına ümid edirəm”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanı işğal etməsinin ildönümü ilə bağlı mətbuat konfransında deyib.
Zelenski ukraynalıların bu il Krımı fiziki olaraq qaytara bilməsi şansının nə qədər olduğu ilə bağlı sualı cavablandırıb.
“Ukraynada hər insan növbəti addımın həlledici, sonuncu, qələbə addımı olmasını istəyir. Və tez-tez kimsə buna dözə bilmir və emosional olaraq mətbuata bu haqda danışır (bütün ərazilərin qaytarılması müddəti barədə - red.)... Bu, bəzən yanlış addım olur”, - deyə o qeyd edib.
Zelenskinin fikrincə, bunu “bağışlamaq olmaz”, amma başa düşmək olar. “Qələbə qazanmaq istəyi elə böyükdür ki... Müharibəni bitirmək və hər şeyi geri qaytarmaq: hərbçilər sağ-salamat evlərinə qayıtsın, normal həyat bərpa olunsun...”, - deyə o bildirib.
Lakin Ukrayna lideri vurğulayıb ki, bu kifayət deyil. “Bu kifayət deyil - bu emosiyalar kifayət deyil, istəmək və danışmaq kifayət deyil, çalışmaq lazımdır.
Müddətlər və addımlarla bağlı suala cavab verərək yalnız bir şeyi deyə bilərəm - hər şey bizdən asılıdır...
Hərbi addımlar var, biz buna hazırlıq görürük. Mənəvi cəhətdən hazırıq. Texniki cəhətdən hazırlaşırıq: silahlarla, müxtəlif kateqoriyalı və xarakterli (hazırlıq) hücum briqadalarının gücləndirilməsi, formalaşdırılması ilə... İnsanları təkcə Ukraynada deyil, digər dövlətlərin meydanlarında da təlimlərə göndəririk. Çünki silahlar fərqlidir və biz hazır olmalıyıq.
Sonra isə ədalətli işğaldan azad etmə addımları atılacaq. Allah eləsin bu addımlar uğurlu olsun”, deyə Zelenski əlavə edib.
Mənbə: Pravda.com.ua
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm