Zelenski müharibəyə tab gətirməyəcək-Açıqlama
Yusif Sultanoğlu
09:43 02.12.2023
Dünya
651
Ukrayna prezidenti güclü hakim komanda formalaşdıra bilməyib
Ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları qalmaqdadır
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Zelenski komandanlığın yayda başlayan əks-hücumdan daha çox şey gözlədiyini, lakin nəticələrin qənaətbəxş olmadığını etiraf edib: "Biz daha sürətli nəticələr əldə etmək istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticələrə nail olmadıq. Bu, faktdır". O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin “dünyanın ikinci ordusu” ilə döyüşərkən geri çəkilmədiyinə sevinir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, həqiqətən də, Ukraynanın Rusiya ilə müharibədə yay aylarında başlatdığı əks-hücumların effekti zəif oldu. Ekspert diqqətə çatdırıb ki, 50 faizdən artıq ərazilər işğaldan azad olunsa da, gözlənilən nəticəni vermədi:
"Zelenskinin hakimiyyəti daxilində monolitlik yoxdur. Korrupsiya və rüşvətxorluq hələ də Kiyev hökumətində yer almaqdadır. Zelenski güclü hakim komanda formalaşdıra bilməyib. Ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları qalmaqdadır. Eyni zamanda hakimiyyət uğrunda mübarizə gedir. Digər yandan Rusiya Ukrayna hakimiyyətinə qarşı müəyyən zəhərlənmə siyasətini icra etməkdədir. Ukrayna Qərbdən də istənilən hərbi dəstəyi ala bilmir. Amma bütün bunlara baxmayaraq, Rusiyanın strateji məğlubiyyəti baş verib. Ukrayna güclü müdafiə olunmaqdadır. Tərəflər artıq müdafiə döyüşləri aparır. Əgər Qərb müharibədə axıradək Ukraynanı dəstəkləməsə, Rusiya Kiyevi işğal edərək fövqəldövlət statusu əldə edə bilər. Zelenskinin etirafları Qərbin Kiyevə öldürücü silahları, raketləri verməməsindən irəli gəlir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Reallıq odur ki, müharibənin uzanması Avropanın təhlükəsizlik arxitekturasını pozdu. Hələ ki atəşkəs, danışıqların başlanması, sülhün əldə olunması gözlənilmir. ABŞ və NATO Ukraynaya F16 qırıcıları, hücum silahları və əlavə elit canlı qüvvələrlə birbaşa dəstək verərsə, gedişat dəyişə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol