“Tənqid məni heç vaxt narahat etməyib. Böyük çıxmasın, nə yazdığımı, necə yazdığımı yaxşı bilirəm. Harda uğurluyam, harda uğursuz, onu da bilirəm. Ona görə daxili rahatlığım var. Bu səbəbdən də Müşfiqin yazısını paylaşdım. Amma burdakı aşağılayıcı ton, cığal əda və ən pisi - niyyət bulanıqlığı adamı mütəəssir edir. Olsun! Sadəcə, tənqidi belə küçə intonasiyasında yazmırlar”.
Gənc yazar Cavid Zeynallı Sherg.az-a açıqlamasında həmkarı Müşfiq Şükürlünün onun hekayəsinə yazdığı tənqidə münasibət bildirirkən bunları deyib. Belə ki, Müşfiq Şükürlü Cavid Zeynallının “Tarix müəlliminin kədəri” hekayəsini bəyənməyərək, müəllifi plagiatçılıqda ittiham edib.
Kənan Novruzov