Musa Yaqub özünü yaxşı hiss edir: Nəvəsi "Şərq"ə danışdı

Xalq şairi Musa Yaqub uzun müddətdir ağır Parkinson xəstəliyindən əziyyət çəkir. Mətbuatda zaman-zaman şairin vəziyyətinin ağırlaşdığı ilə bağlı xəbərlər yayılır.

83 yaşlı sevilən şair hazırda anadan olduğu İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. 
"Sherg.az"  Musa Yaqubun hazırkı sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxlayıb. 

Telefona şairin özü cavab versə də bir neçə kəlimə deyəndən sonra nəvəsi ilə danışmalı olduq:
-Oturmuşam, neyniyim. Səhhətim normaldır, yaxşıdır. Nəvəm yanımdadır..

Nəvəsi Musa müəllimin yaxşı eşitmədiyi üçün  danışa bilmədiyini söyləyərək səhhəti ilə  bağlı bunları dedi:

-Normaldır, özünü yaxşı hiss edir. Bakıda həkim yoxlanışına getmişdi. Lazım olanda dərmanlarını alırıq, müalicəsi davam edir. Elə bir problem yoxdur. Qaydalara əməl etməyə çalışırıq.

M.Yaqubun nəvəsi şairin yaradıcılığa davam etdiyini və qələm dostlarının tez-tez zəng vuraraq maraqlandığını söylədi:

 Yazırıq, davam edir. Yazanda yazır.. Yeni şeirləri olanda qəzetə çapa verəcəyik. Hələ karantinə görə rayondan çıxmaq olmur. Amma mümkün olanda gəlirlər, qonağımız çox olur. Yazıçılar, şairlər...  Demək olar bütün dostları maraqlanır.