Rəsmi Tbilisi: Moskva ilə diplomatik əlaqələrin bərpası mümkün deyil
Yusif Nəzərli
16:00 14.04.2025
Region
271
“Gürcüstanın iki bölgəsi Rusiyanın işğalı altındadır və bu şəraitdə diplomatik əlaqələrin bərpası haqqında danışmaq mümkün deyil”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İmedi telekanalının efirində yayımlanan “Günün xronikası” proqramında deyib.
Nazir qeyd edib ki, Rusiya hakimiyyətinin nümayəndələri mütəmadi olaraq Gürcüstanla diplomatik əlaqələrin bərpasına hazırlıqla bağlı bəyanatlar səsləndirirlər.
“Məsələ çox sadədir. Hamı Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin bərpasının qarşısında duran problemin nədən ibarət olduğunu yaxşı bilir. Bu, ərazilərimizin işğalıdır və bu məsələ Rusiya ilə münasibətlərin normallaşması üçün bir nömrəli maneədir. İşğal şəraitində nə diplomatik əlaqələrin bərpası, nə də münasibətlərin normallaşmasından söhbət gedə bilər”, - XİN başçısı söyləyib.
Qeyd edək ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində Moskvanın Tbilisi ilə diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya
Milyarder sifətli robotlar satışa çıxarılan kimi qalmadı
13:26 08.12.2025
Texnologiya