Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir
Artıq neçənci dəfədir ki, Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edirəm. Hər dəfə bir yazıçı kimi həm oxucularımla görüşə, həm də buradakı çox gözəl ab-havaya görə çox fərəhlənirəm.
Bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvi Elxan Elatlı AZƏRTAC-a açıqlamasında deyib.
Sərgi barədə fikirlərini bölüşən yazıçı qeyd edib ki, belə tədbirlər gənclər arasında mütaliəyə böyük maraq yaradır. Sərgi çərçivəsində müəlliflərlə çoxsaylı görüşlər keçirilir. Bu, oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir: “Bu baxımdan mən sərginin təşkilatçılarına təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, sərgisi çərçivəsində Elxan Elatlının “Susan qadın”, “Qazinin ölümü” və “Belçika ovçarkası” kitablarının imza günü keçirilib.