Azərbaycanlı nasir, ədəbiyyatşünas, İsmayıl Şıxlının 105 illik yubileyi yaxınlaşır. Bir vaxtlar bu təşkilata rəhbərlik edən xalq yazıçısının AYB tərəfindən 105 illiyinin qeyd olunub-olunmayacağı isə cəmiyyəti maraqlandıran mövzulardan biridir.
"Sherg.az" məsələ ilə bağlı Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidlə əlaqə saxlayıb.
O bildirib ki, Yazıçılar Birliyində tanınmış şəxslərin yubileyləri barədə əvvəlcədən məlumat verilir:
"Bununla bağlı Mədəniyyət Nazirliyinə və digər qurumlara informasiya ötürülür. İsmayıl Şıxlı Azərbaycan Yazıçılar Birliyinə uzun müddət rəhbərlik edib və ölkənin sanballı şəxsiyyətlərindən biri olub. Sözsüz ki, onun 105 illik yubileyi də AYB tərəfindən qeyd olunacaq. Həmçinin Qazax Xeyriyyə Cəmiyyəti ilə birgə orada da tədbirlərin keçirilməsi haqqında müzakirələr aparılacaq".