Fransız ədiblərin təşəbbüsü ilə mərhum xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı fransız dilinə tərcümə olunub.
Sherg.az xəbər verir ki, əsər Fransanın “Kapaz” nəşriyyatında çap olunub. 23 yanvar, 2024-cü il tarixində Fransanın Strasburq şəhərində, Kleber kitabxasında, ədəbiyyat nümayəndələrinin iştirakı ilə kitabın təqdimatı həyata keçirilib.
Təqdimat maraqla qarşılanıb, kitabla bağlı orijinal fikirlər irəli sürülüb. Əsər oxucularda böyük marağa səbəb olub.
Qeyd edək ki, kitabın tərcüməçisi UNEC-in dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Vəkilovadır. Məlumat üçün bildirək ki, kitabın Fransada baş tutan təqdimatında A. Vəkilova da iştirak edib.
Kitab fransız dili müəllimləri, doktorantlar və ədəbi tədqiqatla məşğul olan şəxslərin marağına səbəb olub.
Bu linkə daxil olub, əsəri sifariş etmək mümkündür.