İrəvan ABŞ-nin Türkiyədəki səfirinin Zəngəzur dəhlıizi barədə açıqlamalarından narahatdır
17:57 14.07.2025
Gündəm
362
İrəvan Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə keçəcəyindən narahatdır.
"ABŞ Sünikdə 32 km yolu 100 il müddətinə icarəyə götürsə, nə olacaq".
Teleqraf xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak Ermənistanla Azərbaycan arasında uzanan mübahisədən danışıb.
O, Naxçıvana Azərbaycanın digər hissəsi ilə birləşdirən yuolun Amerikanın nəzarəti altında olacaq Sünik bölgəsindən keçməsini təklif edib.
Səfirin sözlərinə görə, söhbət on ildən artıqdır davam edən “münaqişə predmetinə çevrilmiş 32 kilometr”dən gedir.
Ermənistan mətbuatı T.Barrakı tənqid edərək, bildirir ki, səfir söhbətin Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən - Sünik bölgəsindən getməsi ilə bağlı heç bir qeyd-şərt qoymayıb ki, bu da əslində suverenliyin məhdudlaşdırılması deməkdir.
Erməni mətbuatı son bir ayda iki ölkə arasında dəhliz məsələsində ABŞ-nin iştirakı mövzusunun aktiv şəkildə gündəmə gətirildiyini qeyd edir.
Bir müddət əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın "dəhlizin beynəlxalq quruma həvalə edilməsinin" məqbul olduğunu bildirmişdi.
Bu gün isə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan ABŞ səfirinin bu versiyasını qeyri-məqbnul adlandırıb. O, bir daha dövlət qurumlarının standart cavabını təkrarlayıb: "Ermənistan regional infrastrukturların açılması məsələsini müstəsna olaraq Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası kontekstində müzakirə edir. Ermənistan öz suveren ərazisinə nəzarətin heç bir üçüncü tərəfə verilməsini müzakirə etməyib və müzakirə etmir".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyasından isə bildiriblər ki, ABŞ səfirinin dediyi variantdan xəbərsizdirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat