Nə ABŞ-nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var - ŞƏRH
01:12 14.10.2025
Siyasət
682
İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiqdir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Nazirliyin mətbuat konfransında deyib. İ.Bəqayi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İran yeni şəraitdə konstruktiv əməkdaşlıq mühiti yaratmağa çalışıb: “Lakin təəssüf ki, üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya, Fransa) bu xoşniyyətli yanaşmadan faydalanmayıblar. İran əvvəlcədən bəyan etmişdi ki, ölkəmizə qarşı istənilən düşmənçilik addımı, o cümlədən ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş cəhdlər, Qahirə anlaşmasının icrasını qeyri-mümkün edəcək”.
Qeyd edək ki, bir müddət əvvəl İran və AEBA arasında Misirin paytaxtı Qahirədə razılaşma əldə olunub. Lakin İrana qarşı Avropa sanksiyalarının bərpasından sonra rəsmi Tehran bu razılaşmanın mənasını itirdiyini bildirib.
Mövzuyla bağlı Sherg.az-a danışan Milli Cəbhə Partiyası sədrinin müavin, siyasi ekspert Tural İrfan İranın Qərblə, ABŞ ilə əsas probleminin nüvə silahı ilə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, İsrail nüvə silahı ehtimalını əsas tutaraq İrana qarşı addımlara təhrikçi rol oynayır:
“Lakin İranla bağlı problemin kökü onun Yaxın Şərqdə bəzən ABŞ və İsrailin maraqlarına zidd addım atmasıdır. Vaxtilə İraqda da nüvə silahının olmasını bəhanə edərək işğal etdilər. İran, əslində, nüvə silahı hazırlamaq niyyətinin olmadığını deyir, ancaq təhdidlərin artdığını görüb sanki nüvə silahı hazırlamaq niyyətinə düşmək istəyir. Yaxud bununla ABŞ və İsrailə hədə-qorxu gəlmək istəyir. Avropa ölkələrinin yeni sanksiyaları təzələməsi isə İranın teokratik rejiminə qarşı yönəlmiş addımdır. Çünki hazırkı rejimin əlində nüvə silahı daha təhlükəli ola bilər. İran ümumiyyətlə, qarşıdurmadan çəkinir, konstruktiv siyasi mövqe sərgiləmək istəyir. Bu, əsasən İran prezidentinin mövqeyidir. Qərb isə anlayır ki, İranda əsas söz sahibi dini dairələrdir və onlar da əsla güzəştə getmək fikrində deyillər. Odur ki, ləğv edilmiş qətnamələri yenidən gündəmə gətirməklə həm də İsrailin maraqlarını düşünürlər. İranın yenidən Qəzzada öz rıçaqlarını işə salma ehtimalı böyükdür. Hizbullah və Ənsraullah fəaliyyətdədir və istənilən vaxt Yaxın Şərqdə dünyanın siyasi gedişatını dəyişə biləcək hadisələr törətməyə qadir gücə sahibdir. Burada artıq Qəzza anlaşmasına görə Husilərin də Qırmızı dənizdə gəmilərə hücumu dayandırdıqlarını elan etməsinin də rolu var. Çünki bu quruluşlar birbaşa İran tərəfindən idarə olunur”.
T.İrfanın sözlərinə görə, İranın məhz bu mövqeyinə görə hazırda təzyiqləri ABŞ-nin özü deyil, Avropa dövlətləri edir:
“Hazırda nə ABŞ-nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var. Əslində, İsrailin də yoxdur, lakin təhdid etməklə Yaxın Şərqi qaynar vəziyyətdə saxlamaq istəyir. Əgər Yaxın Şərq qaynamasa, sabitlik olsa, İsrail əsla əsas məqsədlərinə çata bilməz. İranın İsraili təhdid etməsi İsrailin bir çox maraqlarına uyğundur. Odur ki, Qərb dövlətlərinin İrana qarşı nüvə mövzusu, əslində, İranın, İsrailin maraqlarına toxunmamağa çağırışdır. Əgər İran hazırda Qərbin Qəzzada həyata keçirilən tədbirlərinə maneə yaratmasa, nüvə mövzusu yenidən arxivə göndərilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm