"Biz kimə istəsək, ona da səs verəcəyik"
Yusif Nəzərli
09:00 30.06.2022
Ədəbiyyat
1870
Elçin Hüseynbəyli:"Ən dinamik cameə ədəbiyyat, ən dinamik qurum isə Azərbaycan Yazıçılar Birliyidir"
"Hər bir qurultay nümayəndəsi sədrliyə namizədliyini irəli sürə bilər"
Ötən ilin avqustunda cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şuşada Molla Pənah Vaqifin erməni vandalları tərəfindən dağıdılmış məqbərəsinin bərpa olunduqdan sonra açılış mərasimində iştirak etdilər. Məqbərənin açılışı ənənəvi Vaqif Poeziya Günlərinə təsadüf etdi. Mərasimdə iştirak edən Xalq yazıçısı Anar cənab Prezidentə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayını oktyabr ayında Şuşada keçirmək istədiklərini dedi. Cənab Prezident də təklifə müsbət yanaşdı.
Razılığını bildirdi. O gündən sonra AYB-nin növbəti qurultayının Şuşada keçiriləcəyi ehtimalı, bir növ kəsinləşdi. Lakin xalq yazıçısı bu günlərdə verdiyi açıqlamada qurultayın Şuşada keçirilməyəcəyini deyib. Səbəb kimi də Şuşada qurultayın keçirilməsi, iştirakçıların və qonaqların yerləşməsi üçün uyğun məkanın olmamasını göstərib: “Ona görə də qurultayın məkanını dəyişmişik. Qurultayın sentyabr ayında ya Bakıda, ya da Şabranda yeni inşa olunan Yaradıcılıq Evində keçirilməsi planlaşdırılır. Çünki avqust ayında həmin evin hazır olması gözlənilir”. AYB sədri söyləyib ki, Şuşada yalnız Vaqif Poeziya Günləri keçiriləcək. (“Report.az”).
AYB-nin qurultayının dəqiq vaxtı hələ məlum deyil. AYB sədrinin dediklərinə istinad etsək, qurultayın sentyabr ayında keçirilməsi gözlənilir. Vaxt az qalıb. Lakin bəzi yazarlar bu fikirdədir ki, qurultaya az qalmasına baxmayaraq ədəbiyyat cameəsində susqunluq, hətta süstlük var. Bu mənada ki "onsuz da hər şey planlaşdırılıb, sədr də bəllidir. Maraqlı proseslər getmir...". Bəlkə hələ yaydır, istilər yazarları da həvəsdən salıb, bəlkə payıza yaxın ədəbi mühitdə bir canlanma yarandı. Nə bilmk olar…
Əməkdar İncəsənət Xadimi, AYB katibi, yazıçı Elçin Hüseynbəyli “Şərq”ə açıqlamasında AYB-nin qurultayının bu il ərzində keçirilməsinin nəzərdə tutulduğunu dedi:
- Qarşıdakı aylarda həm də Beynəlxalq Vaqif Poeziya Günləri, avqustda isə Natəvanın Şuşada yubiley tədbirləri nəzərdə tutulur. Bunların hamısını uzlaşdırmaq lazımdır. Qurultay öncəsi məruzələr dinlənilib, kitab da çapa hazırdır. Əksinə, ədəbiyyatımızda çox maraqlı proseslər gedir. Əsərlər yazılır, tədbirlər keçirilir. Ən dinamik cameə ədəbiyyat, ən dinamik qurum isə Azərbaycan Yazıçılar Birliyidir. Kimsə bütün bunları görmürsə, onun problemidir. O ki qaldı sədr seçiminə, təşkilatımız demokratik qurumdur və hər bir qurultay nümayəndəsi sədrliyə namizədliyini irəli sürə bilər. Biz də kimə istəsək, ona da səs verəcəyik.
Qurultayın niyə Şuşada keçirilməməsinə gəlincə, E.Hüseynbəyli “bəli, qurultayın Şuşada keçirilməsi nəzərdə tutulurdu. Amma orda konfrans zalı, deyəsən, hələ hazır deyil. Ona görə də məkan, güman ki, dəyişəcək”, söylədi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm