Gənclərimiz ona görə “tərbiyəsiz”dirlər ki... - Aqşin Yenisey
09:18 30.10.2022
Ədəbiyyat
3178
"Eynən XIX əsrin Avropasında olduğu kimi, bu gün Azərbaycanda da qoca burjua gəncləri tərbiyəsizlikdə ittiham edir. "Tərbiyəsiz" Manelər, Bodlerlər bu dəfə Azərbaycanda daş-qalaq olunur. Halbuki cəmiyyətimizdə çatışmayan şey tərbiyə deyil, əxlaqdır və çox vaxt ictimai əxlaqa pis vərdişlər ailə tərbiyəsi vasitəsi ilə daxil olur. Şeyx Nəsrullah tərbiyəli, amma əxlaqsız idi. Tərbiyə qazanılan vərdişdir, əxlaq ötürülən. Çox vaxt hətta tərbiyə əxlaqın pozulması ilə nəticələnir. Qadınlara qıfıllı dəmir alt paltarları, oğlan uşaqlarına yekə kişi olana qədər qız yupkaları geyinməyi əmr edən kraliça Viktoriyanın cəmiyyəti tərbiyələndirmək iddiası bütün İngiltərəni “əxlaqsızlıq yuvası”na çevirmişdi".
Bu sözləri özünün feysbuk hesabında şair Aqşin Yenisey deyib. Şair qeyd edir ki, əliçubuqlu sovet tərbiyə sistemi “üstü bəzək, altı təzək” insan tipi yetişdirdi. Bu insan tipinə görə, kitabda “qayırmaq” sözü yazmaq olmazdı, amma bu kitabın nəşrinə büdcədən ayrılan pulu mənimsəmək olardı:
"Şahidi olduğum üçün qeyd edirəm bunu. Sovet sistemi hər nə qədər kollektiv yaşayışa önəm versə də sovet tərbiyəsi sovet insanını kollektiv rifahın oğrusu kimi yetişdirirdi. Bu gün də sağ qalan sovet insanları olduqları hər yerdə kollektiv rifahdan, ümumi olandan oğurlamaqla məşğuldurlar. Cəmiyyətin bədbəxtliyi üzərində öz xoşbəxtliklərini qurublar. Kimisi elmin, kimisi ədəbiyyatın, kimisi mətbuatın xarabalıqları üzərində öz malikanəsini ucaldıb".
A. Yenisey daha sonra yazır:
"Etika davranışın şəkli və formasıdırsa, əxlaq davranışın məzmunudur, tərbiyə isə bu ikisi arasındakı əlaqənin eqo tərəfindən fərdə tətbiqidir. Əxlaq daha çox bəşəri olanı təmsil edir, tərbiyə və etika milli, ideoloji olanı.
Qərb bunu başa düşdü və sosial ölçü kimi tərbiyəni və ailəni seçmədi, əxlaqı və cəmiyyəti seçdi. Biz isə mədəni norma kimi əxlaqı deyil, tərbiyəni, sosial ölçü kimi cəmiyyəti deyil, ailəni seçdik. Ona görə Qərbdə cəmiyyətin xoşbəxtliyi önəmlidir, bizdə ailənin. Ailəcanlılığımızın səbəbi isə sevgi zad deyil, müstəmləkə instinktidir... Mən bunu “Tarix və Tale” romanında izah etməyə çalışmışam. Azadlıq istəyinə görə fərdin özünü cəzalandıran islam şəriətindən fərqli olaraq kommunist şəriəti ailəni cəzalandırırdı. Şairin özünü güllələyirdilər, arvad-uşağını isə sürgün edirdilər, acından öldürürdülər. Sünnət olunmaqdan imtina etdiyinə görə ərəblər Afşini edam etdilər, amma qohum-əqrabasına dəymədilər. Bu müstəmləkə instinkti bizə deyir ki, sizin fərdi bədbəxtliyiniz ailənizi də zibilə salacaq, ona görə ailəvi xoşbəxtliyimizi təmin edən hər bir əxlaqsızlığa razı oluruq. Çünki bu fərdi xoşbəxtlikdən dünyadan köçən atamıza da pay düşür, dünyaya gətirdiyimiz oğlumuza, qızımıza da. Bu artıq milli şüur məsələsidir.
Gənclərimiz isə ona görə “tərbiyəsiz”dirlər ki, onlar hələ bu milli şüurun zərbələrini dadmayıblar. Onlar ömürlərinin ən əxlaqlı dövrünü yaşayırlar. Qocaldıqca, arvad-uşaq sahibi olduqca özləri də bu əxlaqdan könüllü imtina edəcəklər. Əxlaqdan uzaqlaşdıqca tərbiyələnəcəklər. Çünki həmişə gənclərimiz əxlaqlı olub, qocalarımız tərbiyəli.
Müharibədə qələbəmizi təmin edən də bu gəncliyin tərbiyəli deyil, əxlaqlı olması idi. Tərbiyəli gəncliyimiz çoxdan müharibəyə yararsız olduqlarını sənədləşdirmişilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm