İtmiş “mən”imiz
Yusif Nəzərli
22:01 29.09.2024
Ədəbiyyat
1814
İlahə Səfərzadə
Hündür binadan özünü atan adam orta qatların önündən keçəndə soruşublar: - Necə gedir?
-Hələlik yaxşıdır, - deyə cavab verib.
Çox çalışdığımız orta yaşlar məhz belə sürətlə ovuclarımızdakı qum kimi barmaqlarımızın arasından axıb gedir. Getməyinə getsin amma…
Arada-sırada içimdən yepyeni bir “mən” olabilmək keçir. Düşünürəm ki, bunun üçün əsas şərt özünü tanımaq deyil, əksinə özünü unutmaqdır. Özünü axtaranların isə arayışları bihudədir. Kainatın sirli həngaməsində itirmədən axtarmağa başlasam, tapdığım yenə mən olduğunu sandığım cansıxıcı bir başqası olacaq. Bəs özümüzü harada itirək, kimdə tapaq? Bəlkə də, biz elə çoxdan itmişik, axtarıb tapan da olmayıb. Biz özümüz olduğunu sandığımız başqa bir bədəni ruhumuz üçün kirayə edib yaşamışıq. Qarşılığında isə arzularımızı, xəyallarımızı xərcləmişik.
Baxışlarım insanların gözlərinə diqqət kəsiləndə mənə elə gəlir ki, hamısı nəyisə itiribmiş kimi təlaşlıdır, həyatın gərgin və dar cığırlarından sürünüb divarlara sürtünərək keçir, “son”a doğru qaçırlar. İtirdikləri nədir? Yaşammı? Ölümmü? Biz sonda tapacağımız məlum nəticənin nə olduğunu bildiyimiz halda niyə bu qədər vurnuxuruq?
Hərdən düşünürəm, yenidən dünyaya gəlsəm, özümü hansı xüsusiyyətlərimdən tanıyardım? Nədən bilərdim ki, bu mənəm? Bəlkə, keçmiş zamanlarda heç kimin həyatda olduğunun belə fərqində olmadığı bir nəfər olmuşam? Bəlkə, sahildə tək gəzən hansısa qəmli adamın ahəstə hərəkətlə yerdən götürüb sonra əsəblə dənizə atdığı daşıydım? Ya da ola bilsin ki, uşaqların budaqlarına yelləncək qurub əyləndiyi ağac idim? Bəs onda, görəsən, özüm fərqində olmuşammı öz şəxsiyyətimin?
Nə qəribədir, bir “mən”imiz olduğunu sanaraq özümüzü başqalarının bizi aldatdığından daha ustaca inandırırıq. Halbuki, təkcə film və roman xarakterlərinin gerçək bir kimliyi var. Çünki onlar yüz illər keçsə də eyni ruh və bədəndə qalacaqlar. Nə həyatdan getmirlər, nə də əziyyət çəkib yenidən gəlmirlər. Əbədi yaşam yerləri insanların şüurlarıdır. Təkcə onlar heç yerə tələsmir və sakitcə öz həyatlarını yaşayır. İnsanlarsa…
“Mən gizli bir xəzinə idim, bilinmək istədim və bunun üçün məxluqatı yaratdım” –deyən Tanrı belə bilinmək üçün məxluqata ehtiyac duyub. Bəs biz insanların “mənəm-mənəm”liyi kimlərin itirib axtarıb tapa bilmədiyi “mən”idir?
Yaşam maraqlı olduğu üçün doğuluruq, ölümdən qorxduğumuz üçün yaşayırıq, yaşamsızlıqdan bezdiyimiz üçün də ölürük. Yaşayarkən ölümdən qorxma haqqımız var, bəs doğulmadan yaşamdan qorxma haqqımızı kim alıb əlimizdən? -deyə mənasız üsyan edib tez də susuram.
Hərdən o qədər absurd düşünürəm ki, düşüncələrimlə birgə tamam yox olub bilinməyən bir zamanda və məkanda ayrı bir mən olaraq yaranmaq istəyirəm.
Kamyu absurdizmi izah etmək üçün yunan mifologiyasındakı Sizifin hekayəsindən istifadə edir. Sizif nəhəng bir qayanı əbədi olaraq dağa daşımaqla lənətlənmiş bir obrazdır. Bununla belə, Kamyu Sizifin absurd vəziyyəti dərk etdikdən sonra da bunu qəbul etdiyini və qayanı daşımağa davam etdiyini və bu mübarizədə məna tapa biləcəyini müdafiə edir. Kamyu Sizifi “xoşbəxt insan” kimi təsvir edir. Çünki mənasızlıq qarşısında məğlubiyyəti qəbul etmədi, əksinə, ona meydan oxuyaraq yaşamağa davam etdi. Bu baxımdan faciə və mənasızlıq bir növ əyləncəyə çevrilə bilər. Çətinliklərdən zövq alarkən hərdən özümü lap Sizif kimi hiss edirəm. Bəlkə də, keçmiş həyatımda elə məhz Sizif olmuşam, -deyib öz düşüncəmə gülürəm…
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya