"Zorakılığa Son" pantomima tamaşası adlı layihənin açılış mərasimi keçirilib
Yusif Nəzərli
14:42 26.10.2024
Mədəniyyət
1135
Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbdə 18 oktyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vlll qrant müsabiqəsinin qalibi olmuş "Zorakılığa Son "pantomima tamaşası adlı layihənin açılış tədbiri keçirilib.
Sherg.az xəbər verir ki, tədbirdə məktəbin rəhbərliyi, layihə icraçıları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişdir. Layihənin açılış tədbiri zamanı ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Layihə rəhbəri Dünya Hacıağayeva layihənin məqsədi, vəzifələr, görüləcək işlər və gözlənilən nəticələr haqqında ətraflı məlumat vermişdir. Həmçinin Oğuz məktəblərində zorakılıqla bağlı aparılmış ilkin tədqiqatın nəticələrini də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Layihənin əsas məqsədi şagirdlərə zorakılığın zərərlərini və fəsadlarını pantomima vasitəsilə göstərmək, təhsil prosesinin iştirakçılarının diqqətini bu mövzuya çəkmək və tərəfləri bu mövzuda maarifləndirməkdir. 3 ay ərzində həyata keçiriləcək layihədə məqsədə aparacaq vəzifələr bu formada nəzərdə tutulub:
1. Zorakılıq anlayışını anlamaq.
Şagirdlərə zorakılığın nə olduğu, necə baş verdiyi və növləri haqqında məlumat vermək.
Onları zorakılığın emosional, sosial və akademik zərərlərindən xəbərdar etmək.
2. Pantomima səhnə sənətini öyrənmək.
Üz ifadəsi, jest və bədən dili texnikalarını praktikada öyrətmək. Pantomima vasitəsilə emosiyaları və hekayələri ifadə etmək bacarıqlarını inkişaf etdirmək.
3. Zorakılıq ssenarisini hazırlamaq.
Şagirdləri zorakılıqla bağlı öz təcrübələrini və fikirlərini bölüşməyə həvəsləndirmək. Birlikdə pantomim ssenarisini yazmaq və səhnələşdirmək üçün onlarla əməkdaşlıq etmək.
4. Məlumatlılığı artırmaq.
Hazırlanmış pantomima tamaşasını məktəbdə və digər platformalarda nümayiş etdirmək, zorakılığa qarşı reaksiya göstərmək və qarşısının alınması haqqında məlumatlılığı artırmaq.
5. Bədii bacarıqlarını inkişaf etdirmək.
Onlara özlərinə inam və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək etmək.
Şagirdlərin mədəni cəsarətlərini, səhnə qabiliyyətlərini və ünsiyyət bacarıqlarını gücləndirmək.
6. Empatiya hissini gücləndirmək.
Zorakılığa məruz qalanların hisslərini daha yaxşı başa düşməsinə kömək etmək. Bir-birinə qarşı hörmət və tolerantlıq hisslərini inkişaf etdirmək.
Nəticədə bu layihə şagirdlərin zorakılıqla bağlı məlumatlı, özünü və yoldaşlarını qoruya bilən, zorakılıq etməyən və zorakılığa qarşı həssas fərdlər kimi valideynlərin iştirakını təmin edəcək. Zorakılığa məruz qalanlara qarşı daha həssas bir cəmiyyət yaranacaq. Tədbirin sonunda məktəbin direktoru Xatirə Novruzova, təlim-tərbiyə işləri üzrə direktor müavini Təhminə Eldarova və tədbir iştirakçıları layihə ilə bağlı öz fikirlərini söyləmiş və uğurlar arzulamışlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya