
2025-ci ilin hədəfləri: Qarabağa və Şərqi Zəngəzura qayıdış sürətlənəcək -TƏHLİL
Yusif Nəzərli
11:46 03.01.2025
Gündəm
500
Azərbaycan Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində əldə olunan uğurların yalnız bəzilərini sadaladı. İl ərzində görülən işlərin statistikasını sadalayan Prezident bəyan etdi ki, 2024-cü ili uğurla başa vururuq və qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb. Ən mühüm uğurlardan biri şübhəsiz ki, ötən il Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlərin uğurla getməsi ilə bağlı olub.
Prezident vurğuladı ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır. 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri 4 milyard manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Sherg.az"a bildirib ki, 2024-cü il Azərbaycan xalqının həyatında əldə edilmiş çox böyük uğurlarla yadda qaldı:
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də bu faktlara toxunaraq ötən ildə qarşıya qoyulan bütün məsələlərin öz həllini tapdığını diqqətə çatdırdı. Azərbaycanın beynəlxalq nüfuzunun artdığı, bütün sahələrdə inkişafın əsasında dayanan iqtisadi tərəqqinin əldə olunduğu göz qabağındadır. Deputat müstəqillik tariximizin ən böyük büdcəsinin qəbul edildiyini və bu artım sayəsində bütün sahələrdə inkişafın əldə ediləcəyini, o cümlədən vətəndaşların rifah halının yüksələcəyini qeyd edib. Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həlli prioritet məsələdir. Azərbaycanın iqtisadi imkanları qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. 2024-cü ildə Qazax rayonunun 4 kəndi işğaldan azad edildi. Prezident İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, əgər son dörd ilin hadisələri baş verməsəydi, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar Azərbaycanın siyasi, hərbi gücünü dərk edərək bunu etdilər. Ermənistanı bu gün yenə də Azərbaycanın üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında dura bilməyəcək”.
Deputat söyləyib ki, Azərbaycanın yaratdığı reallıq fonunda Qarabağın və Şərqi Zəngəzurun bərpası önümüzdə duran məsələlərdəndir:
“Artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz yurduna qayıdıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində işləyir. 2025-ci ilin hədəfləri sırasında isə Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayının daha da artırılmasıdır. Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi prioritet məsələ olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət