QAİ: Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən cəhdlərinə son verməsini tələb edirik
14:02 11.03.2025
Siyasət
446
Ermənistanın və onun havadarlarının cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik.
"Sherg.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
"Müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hal-hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi sülhün pozulması və təcavüzkar müharibə çərçivəsində törədilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmış, minlərlə azərbaycanlı işgəncə və məcburi itkin düşməyə məruz qoyulmuş, ictimai və şəxsi mülkiyyətə kütləvi məbləğdə zərər vurub",- bəyanatda qeyd olunub.
İnsan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olmuşdur. Bu mənada, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutuması və davamlı sülhün əldə olunmasına böyük töhfədir.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər.
Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən bu cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi