Kreml Putinlə Trampın telefon danışığını istisna etmir, atəşkəs məsələsində isə tələsmir
10:00 12.03.2025
Dünya
392
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığını istisna etməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Peskov bugünkü brifinqdə belə bir ehtiyac yaranacağı təqdirdə, Putin-Tramp telefon danışığının çox tez təşkil olunacağını bildirib.
"Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddət ərzində etməyə imkan verir. Lakin hələlik Moskva ilə Vaşinqton arasında belə bir razılaşma yoxdur və Ağ Evdən danışıq tələbi olmayıb”, - Kremlin sözçüsü vurğulayıb.
O, Ukraynada 30 günlük atəşkəs təklifi ilə bağlı suala isə belə cavab verib: “Rusiya təklif olunan atəşkəs məsələsində irəli qaçmaq istəmir. Əvvəlcə ABŞ-dən məlumat almaq lazımdır. ABŞ-Ukrayna danışıqlarının nəticələri ilə bağlı bəyanatları diqqətlə öyrənirik".
Peskov nadir torpaq metallarının hasilatı sahəsində Rusiya və ABŞ arasında mümkün əməkdaşlıq məsələsi də münasibət bildirib. O, bu barədə hələ ki heç bir danışığın aparılmadığını əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət