
Ermənistan Zəngəzur razılaşmasından yayınır - POLİTOLOQ
Yusif Nəzərli
06:24 12.07.2025
Siyasət
386
Paşinyan üçtərəfli sazişə imza atıb, amma icra etmir
Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirərkən deyib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər. Onun sözlərinə görə, burada "nəzarət" sözü yanlış ifadədir: "Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Qarşılıqlılıq təmin edilməlidir".

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın əvvəlki mövqeyi dəyişməz qalıb. Siyasi şərhçi bildirib ki, İrəvan hökuməti eyni yanaşma sərgiləməkdən vaz keçmir:
"Ermənistanın qayəsi odur ki, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmuş prinsiplərdən imtina etsin. Həmin bəyannaməyə əsasən, Zəngəzur dəhlizinə Rusiya sərhədçiləri nəzarət etməlidir. İrəvan hökuməti isə bundan boyun qaçırır və məhz ona görə də "nəzarət" sözünün yanlış olduğunu bildirir. Yanlış, ya doğru olmasından asılı olmayaraq, Nikol Paşinyan üçtərəfli sazişə imza atıb. Dəhlizin açılmasını əks etdirən sənəd icra olunmalıdır. Bəyannamədə açıq qeyd olunub ki, Zəngəzur dəhlizində nəqliyyatın və sərnişinlərin maneəsiz hərəkəti təmin olunmalıdır. Ancaq başqa heç bir kommunikasiya ilə bağlı belə tələb yoxdur. Ermənistanın "qarşılıqlı prinsip" iddiası ilə çıxış etməsi doğru deyil. Zəngəzur dəhlizində bu prinsip tətbiq edilə bilməz. İrəvan hökuməti üç ildən çoxdur eyni sözləri təkrarlayır. Ermənistan ilk növbədə öz imzasına hörmət etməlidir. Əks halda Zəngəzur dəhlizinin açılması məsələsi yubana bilər. Baş nazirin bir sənədə qol çəkdiyi halda onu icra etməməsi qəbuledilməzdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual