Aqşin Yenisey: Nəsimi Azərbaycan adlı varlığın tən yarısıdır
12:03 26.08.2025
Ədəbiyyat
762
İmadəddin Nəsimi insanın düşüncə və mənəviyyat azadlığını uca tutan Azərbaycan şairidir. Onun yaradıcılığı təkcə ədəbiyyat tariximizdə deyil, eyni zamanda fəlsəfi dünyagörüş baxımından da xüsusi yer tutur. Nəsimi insanı kainatın mərkəzinə qoyur, onun ilahi mahiyyət daşıdığını bildirir və bu fikri cəsarətlə müdafiə edir. Bu ideyalar zaman-zaman müxtəlif təzyiqlərlə qarşılaşsa da, Nəsiminin irsi əsrlərlə yaşayaraq bu gün də aktuallığını qoruyur.
Nəsimi Azərbaycan xalqının mədəni yaddaşında dərin iz buraxıb. O, yalnız bir şair deyil, eyni zamanda bir düşüncə məktəbidir. Onun “Ənəlhəqq” fəlsəfəsi təkcə dini anlam daşımır, həm də insanın özünüdərki, şəxsiyyətinə hörmət və azad düşüncəyə çağırışdır.
Məlumdur ki, İmadəddin Nəsimi Suriyada Hələb şəhərində edam olunub və məzarı da orada yerləşir. Şairin məzarının hazırda yerləşdiyi yer Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Onunla bağlı illərdir müxtəlif səviyyələrdə müzakirələr aparılır. Son zamanlar bu məsələ yenidən gündəmə gətirilib. Nəsiminin məzarının Azərbaycana gətirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar qurulub və rəsmi şəkildə məlumat təqdim olunub.
Bu təşəbbüs yalnız bir tarixi şəxsiyyətin məzar yerinin dəyişdirilməsi ilə bağlı deyil. Burada əsas məqsəd Nəsimi irsinin qorunması, gələcək nəsillərə daha yaxın və əlçatan şəkildə çatdırılmasıdır. Onun məzarının Azərbaycanda olması, həm də bu şəxsiyyətin həyat və yaradıcılığına daha dərindən yanaşma imkanı yaradacaq.
Yazıçı, publisist və şair Aqşin Yenisey Sherg.az-a Nəsiminin məzarının köçürülməsi ilə bağlı açıqlama verib:
"Nəsimi Şərq ədəbiyyatında insanmərkəzli düşüncənin banisidir. Nəsiminin ədəbiyyatdakı yerini Azərbaycanla məhdudlaşdırmaq düzgün deyil. Nəsimi, Rasim Balayevin də filmdə dediyi kimi, "bəşərə lazımdır". Nəsiminin məzaranın Azərbaycana gətirilməsi simvolik mənada başa düşüləndir. Amma yaxşı olardı ki, onun məzarını olduğu yerdə Azərbaycanlaşdırardıq. Çünki bu məzarın orada olması Azərbaycana gələcəkdə lazım ola bilər. Ermənilər hər zaman yaşamadıqları yerə köçəndə ilk orada saxta qəbiristanlıq salırlar ki, vaxt və fürsət yarananda oranın özlərinə aid olduğunu iddia edə bilsinlər. Biz aid olduğumuz yerdən niyə imtina etməliyik".
Yazıçı, Nəsiminin məzarının olduğu torpaqda uzun illər türk varlığının hökmran olduğunu söyləyib:
"Nəsminin məzarı da bu tarixin bir abidəsi kimi olduğu yerdə əbədiləşdirilə bilər. Amma bu mümkün deyilsə, əlbəttə Nəsiminin məzarının itib-batmasına yol vermək olmaz. Nəsimi Azərbaycan adlı varlığın tən yarısıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya