
Rusiya XİN-nin verdiyi bəyanatlar siyasi manipulyasiya xarakteri daşıyır -ŞƏRH
12:12 05.09.2025
Aktual
863
Elçin Xalidbəyli: Rusiya problemin mahiyyətini həll etməkdənsə, siyasi manipulyasiyalara üstünlük verir
Beynəlxalq münasibətlər sistemində etimad və şəffaflıq dövlətlərarası dialoqun əsasını təşkil edir. Xüsusilə də insan həyatı və mülki təhlükəsizliklə bağlı məsələlərdə bu prinsiplərə riayət olunması zəruridir. Təəssüf ki, bəzi hallarda böyük dövlətlərin məsuliyyətdən yayınmaq və həqiqəti gizlətmək üçün müxtəlif manipulyasiya üsullarına əl atdıqları müşahidə olunur. 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən və "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin vurulması ilə nəticələnən faciə də bu cür hallardan biridir. Rusiya Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı 1.003 milyard rubl məbləğində sığorta vəsaitinin ayrıldığını, o cümlədən xəsarət alan və həlak olanların ailələrinə 358.4 milyon rubl ödəniş edildiyini iddia etsə də, bu məlumatlar ciddi şübhə doğurur. Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Rusiyanın bu ödənişlərlə bağlı açıqlamasını təkzib edib. Bu isə rəsmi Moskvanın məsələni həll etməkdənsə, daha çox informasiya manipulyasiyasına üstünlük verdiyini göstərir.
Sherg.az-a açıqlama verən Elçin Xalidbəyli Rusiyanın verdiyi bəyanatların hər zaman manipulyasiya xarakteri daşıdığını bildirib:

"Sərnişin təyyarəsi vurulduğu zaman da Rusiya həqiqətləri gizlətmək cəhdi ilə bunu bir daha nümayiş etdirdi. Təyyarənin vurulmasını ört-basdır etmək üçün əvvəlcə onun havada quş sürüsü ilə toqquşduğunu iddia etdilər. Bu versiya inandırıcı olmadıqda isə, guya təyyarədə yanğın baş verdiyini və ya içəridən partlayışın baş verdiyini irəli sürdülər. Lakin ilkin araşdırmalar nəticəsində məlum oldu ki, təyyarəyə iki və ya daha çox raket zərbəsi endirilib. Bununla da Rusiyanın manipulyasiya cəhdləri ifşa olundu.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlar da siyasi manipulyasiya xarakteri daşıyır və müəmmalı görünür. Çünki açıqlamada müəyyən maliyyə vəsaitinin ayrıldığı bildirilir, amma bu vəsaitin faktiki olaraq ödənilməsi ilə bağlı dəqiq və təsdiq olunmuş məlumat yoxdur. Həlak olanların ailələrinin reaksiyaları da göstərir ki, Rusiyanın söylədikləri reallığı əks etdirmir, əksinə, təkzib olunur. Görünən odur ki, Rusiya problemin mahiyyətini həll etməkdənsə, yenə də siyasi manipulyasiyalara üstünlük verir".
Politoloq deyilən maliyyə vəsaitləri ödənmiş olsa belə, bunun problemin tam və bir dəfəlik həll olunması anlamına gəlmədiyini bildirib:
"Rəsmi Bakının əsas gözləntisi ondan ibarətdir ki, Rusiya Azərbaycan dövlətindən və xalqından Azərbaycanın mülki sərnişin təyyarəsinin vurulmasına görə rəsmi şəkildə üzr istəsin. Bu, beynəlxalq hüquq normalarının da tələb etdiyi addımdır. Lakin nə qədər qəribə olsa da, Rusiya hələ də bu gözləntiləri qarşılamaqdan yayınır.
Bu isə onu göstərir ki, hadisə Rusiya üçün beynəlxalq əhəmiyyət kəsb etmir. Şimal qonşumuz hələ də orta əsr təfəkkürü ilə idarə olunur və dünyaya, xüsusilə də qonşu dövlətlərə qarşı bu cür yanaşma sərgiləyir. Bu isə rəsmi Moskvanın özü üçün də ciddi problemdir. Rusiyanın üzr istəməsi iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ilkin və vacib şərtdir. Təəssüf ki, Moskva bu istiqamətdə hələlik real addımlar atmır və yenə də siyasi oyunlar oynamaqla, manipulyasiyalarla məşğuldur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol