
Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifəti parçalayır -AÇIQLAMA
Yusif Nəzərli
13:24 14.10.2025
Cənubi Qafqaz
515
Paşinyanın postunu qoruyub saxlaması müxalifətin hakimiyyətə gəlməsi ehtimalından daha yüksək görünür
İrəvanda həbsdə olan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Bizim Yol” Hərəkatının baş nazirliyə namizədi Ermənistanın keçmiş baş naziri Karen Karapetyandır.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Nikol Paşinyan hökuməti “Bizim Yol”u sıradan çıxarmaq üçün bütün imkanlarını səfərbər edib.
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası və onun təbliğatçıları hərəkatın bütün hərəkətlərini 24/7 izləyir, fəal şəkildə şərh və tənqid edir.
Əldə etdiyimiz məlumata görə, hakim partiyanın yuxarı eşelonu keçmiş baş nazir Karen Karapetyanın baş nazirliyə namizəd kimi “Bizim Yol”un siyahısına başçılıq edəcəyi barədə informasiya əldə etdikdən sonra onun barəsində cinayət işinin başlanması məsələsini müzakirə edir”.
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamı ilə həbs edilib. İş adamı Rusiyaya yaxınlığı ilə seçilir.
Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, hazırda Ermənistanda müxalifət qrupları aktivləşib:

"Onlar müxtəlif spektrləri təmsil edirlər və aralarında müəyyən rəqabət mövcuddur. Bu rəqabətin getdikcə daha da artacağı gözlənilir. Paşinyanın komandası isə, hər nə qədər tənqid olunsa da, vahid komanda kimi görünür. Bu baxımdan onun üstünlükləri daha açıq şəkildə nəzərə çarpır. Müxtəlif şəxslərin hakimiyətə can atması müxalifət cəbhəsində parçalanma yaradır. Nəticədə, Paşinyanın postunu qoruyub saxlaması müxalifətin hakimiyyətə gəlməsi ehtimalından daha yüksək görünür. Burada söhbət parlament seçkilərindən gedir və əsas məsələ yerlərin bölgüsüdür. Paşinyan üçün əsas təhdid ondan ibarətdir ki, bu yerlərin böyük bir hissəsini tərəfdarları tuta biləcəkləri kimi, müxalifət nümayəndələri də müəyyən uğur qazana bilər. Parçalanmış olsa belə, müxalifət parlamentə keçərək kifayət qədər nüfuzlu qüvvəyə çevrilə bilər. Lakin hər şey hadisələrin gedişatından və proseslərin inkişafından asılıdır. Buna görə də, hazırda konkret nəticə çıxarmaq hələ tezdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual